!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraqda 50-dən çox terrorçu zərərsizləşdirildi

!Reklam – Yazi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri oktyabrın sonunda İraqda aparılan iki əməliyyatlar zamanı İŞİD terror təşkilatının 50-dən çox silahlını və bir sıra rəhbərini məhv edib.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın bazar günü yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd edilir ki, təkcə oktyabrın 30-da Səlahəddin əyalətində qruplaşmanın 5 rəhbəri və 30-dan çox yaraqlısı öldürülüb.

İraqın təhlükəsizlik qüvvələri koalisiyanın dəstəyi ilə həmin əraziyə bir sıra zərbələr endirib. Öldürülən silahlılar İraqın şimalındakı bir neçə əyalətdə terror aktlarına rəhbərlik ediblər.

Daha 20-yə yaxın silahlı isə oktyabrın 31-də İraqın şimalında yerləşən Makmur dağlarında zərərsizləşdirilib.

www.yenicag.az

13106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv