“İRƏLİ” “Nəzər Nöqtəsi” layihəsinə start verdi
Yenicag.az-ın məlumatına görə, “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə bu gün “Nəzər Nöqtəsi ” layihəsinə start verildi.
Qeyd edək ki, layihə 6 dekabr – 10 dekabr 2014-cü il tarixləri aralığında davam edəcək.
“Nəzər nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Layihədə iştirak etmək üçün 200 müraciət daxil olmuşdur, lakin 87 nəfər müsahibədə iştirak haqqı qazanmışdır. Müsahibədən sonra isə layihədə iştirak etmə haqqını 31 nəfər qazanmışdır.
Layihə çərçivəsində gənclər 5 gün ərzində təlimləndirildikdən sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanacaqlar. Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Komanda quruculuğu”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” haqqında olunacağı planlaşdırılır.
Layihənin keçirilməsi üçün nəzərdə tutulan coğrafi ərazi kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “gənclər paytaxtı” seçilən Quba şəhərinin Gənclər Mərkəzidir.