“İrəli”-nin “25-lər” filmi Türkiyədə təqdim ediləcək

media-hightechnic-468x90

14247536745965634502_228x166“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “25-lər” filmi fevralın 25-də Türkiyədə təqdim ediləcək.
İctimai Birliyin sədri Mirhəsən Seyidov deyib ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Film Türkiyədən başqa Avropa ölkələrində də yayımlanacaq.
M.Seyidov bildirib ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İstanbulda “Xocalıya ədalət!” yürüşü də təşkil ediləcək.
Bundan başqa Facebook-da, Twitter-də Xocalı faciəsi ilə bağlı sosial aksiyalar həyata keçiriləcək. Həmçinin gənclərin Xocalı soyqırımı ilə bağlı maarifləndirilməsi üçün bir sıra layihələr nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, İctimai Birliyin təşəbbüsü ilə Xocalı soyqırımı ilə əlaqədar daha bir tədbir fevralın 26-da Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600