“İRƏLİ” sədri Norveçdə nazirin müavini ilə görüşdü-FOTO

media-hightechnic-468x90

11175031_998080313565175_1876027656903834904_nNorveç Azərbaycanlıları Gənclər Təşkilatı NAYO-nun dəvəti ilə 99 Norveç gənclər təşkilatlarını özündə birləşdirən Norveç Gənclər Təşkilatlarının Milli Şurasının (LNU) İllik Toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Gənclər siyasətini və təşkilatlarını təmsil edən nümayəndə heyəti bugün Norveçə gəlmişdir. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, İRƏLİ İctimai Birliyinin sədri MirHəsən Seyidov və Baki Avropa Oyunları İcrayə Komitəsinin üzvü Sevinc Həsənova daxildir.

Saqene Beynəlxalq və Çoxmillətli Könüllülər Mərkəzində (SAİFF) Gənclər Fondunun 6-ci qrant müsabiqəsinin qalibi olmuş “Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği” layihəsi çərçivəsində Azərbaycana dair sərginin açlışı olmuşdur. Gənclər Fondunun sədri Fərhad Hacıyev və nümayəndə heyətinin digər üzvləri də sərginin açılışında iştirak etmişdir.

 

99 Norveç gənclər təşkilatlarını özündə birləşdirən Norveç Gənclər Təşkilatlarının Milli Şurasının (LNU) İllik Toplantısında Gənclər Fondunun 6-ci qrant müsabiqəsinin qalibi olmuş “Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği” layihəsi çərçivəsində Azərbaycana dair sərginin açlışı olmuşdur. Nümayəndə heyətimiz Gənclər, Bərabərlik və İnteqrasiya nazirinin mavini Kai Morten Terminqlə görüş zamanı fikir mübadiləsi aparılmış və Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumat verilmişdir.

Gənclər Fondunun sədri Fərhad Hacıyev və NAYO-nun baş katibi Ramil Əliyev 99 Norveç gənclər təşkilatı önündə sərgini açaraq Azərbaycan Respublikasının gənclər siyasəti, Gənclər Fondu, Baki Olumiya oyunları və digər mövzularda açılış nitqi söyləmişlər.

Səfər zamanı nümayəndə heyəti Oslo Azərbaycan Evinə ziyarət etmiş və azərbaycanlı gənclərlə görüş zamanı müxtəlif səpkidə fikir möbadiləsi aparmış, NAYO ilə gələcək əməkdaşlıq mövzusu ətrafında müzakirələr olmuşdur.

Qeyd edək ki, görüşü Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, Azərbaycan Norveç gənclər təşkilatı təşkil edib.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600