“İRƏLİ” və “Genç MÜSİAD” arasında memorandum imzalandı-Foto
İRƏLİ İctimai Birliyi və Türkiyənin ən böyük gənclər təşkilatı bir araya gəldi.
“İRƏLİ” İctimai Birliyi və “Genç MÜSİAD” təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.
İrəli İB-in sədri MirHəsən Seyidov və “Genç MÜSİAD”-ın sədri Yavuz Fettahoğlu birgə əməkdaşlıq üçün olduqca böyük addım atıblar. Qeyd edək ki, bu memoranduma əsasən hər iki birlik gənclər üçün olduqca faydalı layihələrə imza atacaqlar.
“İRƏLİ” İB bir sıra ölkələrin gənclər təşkilatı ilə də əməkdaşlıq edir.
Qeyd edək ki, “Genç MÜSİAD” gənclər təşkilatı Türkiyənin ən böyük gənclər təşkilatıdır. Və iki böyük gənclər təşkilatlarının bir araya gəlməsi və qarşılıqlı memorandum imzalaması Çanaqqala zəfəri ərəfəsində atılmış növbəti uğurdur!
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.