İrəvanda atışma olub, 6 nəfər yaralanıb
İrəvanın Açapnyak rayonunda atışma baş verib.
Yenicag.az “news.am”a istinadən xəbər verir ki, internetdə bir qrup insanın bir-birinə atəş açdığını əks etdirən video yayılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər, əlavə məlumat veriləcək.
İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb./APA













