İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşəcək

media-hightechnic-468x90

Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

Yenicag.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzinin (CSP) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələrdə digər mövzularla yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa