!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda rusiyalı blogerə hücum edən şəxslər SAXLANILDI - VİDEO

!Reklam – Yazi

İrəvanda rusiyalı bloger Yuliya Finesə hücum edən şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, həbsdən əvvəl saxlanılanlardan biri ermənilərə videomüraciət ünvanlamağa müvəffəq olub. Onun Rusiyadan qaçan “Şatvat” ləqəbli Gevorq adlı fərari olduğu üzə çıxıb.

Saxlanılan ermənilərin İrəvanda rusiyalı turistlərin mənzilinə soxularaq onları döydükləri, qızlardan birinin başını qırxdıqları, başını divara döyməyə məcbur etdikləri və boya tökdükləri görüntüləri yayılıb.

Xatırladaq ki, dekabrın 9-da Ermənistan İstintaq Komitəsi iki rusiyalını – Yuliya Fines (əsl soyadı Maksimovskaya) və transgender rəfiqəsi xuliqanlıq ittihamı ilə saxlaması barədə məlumat yayıb. İrəvandakı ruslar fast food satış məntəqəsinin əmlakını sındırıb, işçinin üstünə meyvə atıb, həmçinin gül dükanına gülləri səpərək tapdalayıblar. Bütün bunlar kobud sözlərlə müşayiət olunub.

Ermənistan KİV-i xəbər verir ki, rusiyalı bloger Yuliya Fines İrəvanda istintaqdan polis idarəsinin pəncərəsindən qaçmağa cəhd edib.

Bildirilir ki, istintaq şöbəsində olarkən Finesse tualetə getməyi xahiş edib. Müstəntiq onu otağa aparanda o, tualetin kiçik pəncərəsindən çıxıb və xəsarət alaraq yıxılıb. Qız “Erebuni” tibb mərkəzinə aparılıb və həkimlər ona onurğa sütununun sınığı diaqnozu qoyublar.

Xuraman Etibarlı

 

COP29

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv