İş yerində siqaret çəkməyə qadağa

media-hightechnic-468x90

51003ABŞ-ın “Reynolds American” tütün şirkəti əməkdaşlarına iş yerində siqaret çəkməyi qadağan edəcək.

Qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək. “Camel” siqaretinin istehsalçısı qadağanı siqaret çəkməyən işçilərin qayğısına qalma ilə izah edib.

Hazırda şirkət əməkdaşları iş yerlərində, konfrans zallarında, liftlərdə və dəhlizlərdə siqaret və siqar çəkə bilərlər.

Məlumata görə, qadağa elektron siqaretlərə və çeynənən tütünə şamil edilməyəcək. Qeyd edək ki, “Reynolds American” şirkəti “Camel”, “Winston”, “Lucky Strike”, “More”, “Viceroy”, “Pall Mall” və digər siqaretlər istehsal edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600