İŞİD-dən növbəti barbarlıq-Video
İŞİD qruplaşması İraq və Suriyadakı tarixi abidələri dağıtmaqda davam edir. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, İraqın ötən ay uçurdulub dağıdılmış Atra şəhərində İŞİD talanı ilə bağlı yeni video yayılıb.
Qruplaşmanın özünün yaydığı videoda YUNESKO-nun mədən irs siyahısına daxil olan Atrada terrorçuların heykəlləri külünglərlə qırması, avtomat silahlarla atəşə tutması əks olunub.
Videonü müşayiət edən məlumatda bildirilir ki, Atranın mart ayında dağıdılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil, şəhər aprelin əvvəlində dağıdılıb.
Ellin dövrünün elementləri və qədim Romanın ənənələrini özündə əks etdirən Atra şəhəri 2 min əvvəl salınıb. Atra şəhəri 1987-ci ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.