İŞİD-ə 550 qadın qoşulub
Yenicag.az müsavat-a istinadən bildirir ki, İŞİD-ə qoşulmuş qadınlar terrorizmin qurbanı hesab oluna bilməz. Onlar da digər terrorçular kimi təhlükəlidirlər. Agentliyə terrorla bağlı ekspert qismində danışan mütəxəssis deyib ki, son araşdırmalar göstərir ki, İŞİD sıralarına Qərb ölkələrindən 550 nəfər qadın qoşulub. Onlar Suriya və İraqda döyüşən terrorçulara ərə gedib, uşaq dünyaya gətiriblər, ev işlərinə baxırlar. Çünki İŞİD onların döyüşçü kimi öndə olmasını istəmir. Ortada qadağa da var. Amma təbliğat müharibəsində bu qadınlar öndə gedirlər.
“Son dərəcə qəddar danışıq ədası baxımından onlar kişilərə qətiyyən uduzmurlar”, ekstremizim üzrə ekspert Ross Frenett deyir.
O, Avstriya, Britaniya, Kanada, Fransa və Hollandiyadan olan 12 qadının sosial şəbəkələrdəki fəaliyyətini araşdırıb. İŞİD-ə bağlı bu qadınlar Suriya və İraqda yaşayırlar.
Məsələn, həmin qadınlardan biri yazır ki, mən arzu edirəm ki, baş kəsənin yerində kaş ki, mən olaydım. Amerikalı jurnalist Steven Sotloffun başkəsmə mərasimindən sonra qadınlardan biri sosial şəbəkədə beləcə də yazmışdı.
“Mənim ən yaxşı dostum əl qumbarasıdır. Mənim Allahım mənə imkan verir ki, mən amerikalıların silahı ilə onların donuz əsgərlərin öldürüm”.
Həm də indiyə qədər İŞİD-ə qoşulmuş qadınlar sosial şəbəkələrdə digər Qərb qadınlarını da İslam Dövlətinə qoşulmağa çağırırlar. Bu istiqamətdə təbliğat aparırlar.
“Onlar qadınları öz yollarına cəlb etmək üçün ciddi iş aparırlar. Onlara müxtəlif məsləhətlər verirlər”, Frenett deyir.
Elə bu ayın əvvəlində Parisdə terror törədən şəxsin 26 yaşlı arvadı Həyat Boumeddiene Türkiyə üzərindən Suriyaya qaçdı.
Ekspert düşünür ki, İŞİD-ın qadınlara döyüşməyə icazə verməməsi bəzi qadınlara pis təsir edir. Çünki onlar da kişilər kimi qan tökmək istəyirlər. Onların bu istəyi kişilərdəki qan tökmək istəyi ilə eynidir. Ona görə də məhz belə qadınların Qərbə gələrək, orada terror törətməsi çox real görünür. Onlar qan tökməyə olan psixoloji ehtiyacların bu yolla ödəyə bilərlər.