İŞİD-ə qarşı çıxan 4 azərbaycanlı tutuldu – Video

media-hightechnic-468x90

85651“İslam Dövləti” (İŞİD) üzvləri Terror təşkilatının Suriyanın ər-Riqqa əyaləti ərazisində fəaliyyət göstərən, böyük ehtimalla, azərbaycanlı olan dörd üzvünü silahlı üsyana cəhd etmək, qaçmaq, Təşkilat üzvlərini qətlə yetirmək, lider Əbu Bəkr əl-Bağdadinin ünvanına ittihamlar səsləndirməkdə təqsirləndiriblər.

Bu barədə SalamNews İŞİD üzvlərinin “Twitter” səhifələrinə istinadla xəbər verir. İŞİD-in yaydığı videoda azərbaycanlılar dinləndirilir. Videoyazıda “Əbuzər”, “Əbu Məryəm”, “Əbu Yaqub” ləqəbli şəxslər, eləcə də “Ömər” ləqəbli Elvirin etirafları eşidilir.

İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat gətirir. Bu da adıçəkilən azərbaycanlıların təşkilat tərəfindən edam ediləcəkləri barədə ehtimalları artırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600