İŞİD ona icazə verdi

media-hightechnic-468x90

27165046Bildirilir ki, İŞİD terror qruplaşması ələ keçirdiyi ərazilərdə, ilk dəfə olaraq qərbli jurnalistə reportaj hazırlamaq üçün icazə verib.

Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Almaniyadan olan jurnalist Jurgen Todenhöfer Türkiyədən ərazisindən keçərək Mosula gedib. Daha sonra İŞİD rəhbərliyindən alınan razılılıq nəticəsində döyüşçülər barədə informasiyalar toplamağa başlayıb.Onlarla birgə vaxt keçirib.

Ölkəsinə qayıdan jurnalist ilk olaraq alman mətbuatına və CNN telekanalına öz müşahidələri barədə danışıb. O mətbuata müsahibəsində bildirib ki, əcnəbi ölkələrdən gələn hər gün yüzlərlə vətəndaş İŞİD sıralarına qoşulur. Jurgen onu da əlavə edib ki, İŞİD özünəməxsus təhsil sistemi və sosial proqramları var. O, İŞİD-in əsas məqsədinin dünyanı ələ keçirmək və Qurana inamayanları qətlə yetirmək olduğunun bildirib. Sonda Jurgen Todenhehöfer: “Terror qruplaşmasına qarşı hava zərbələri faydasızdır və hər gün onların sıraları daha da artır”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600