!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD terrorçusu Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb

!Reklam – Yazi

Suriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb.

Yenicag.Az APA-ya istinadən xəbər verir ki, məxfi qanad “Əl Kharsa” adlanır.

Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar.

“Dəstədə sərt təlim 7 ay davam edir. Çox çətindir. Suriya sərhədini keçən hər bir avropalıya dəstəyə üzv olmaq təklif edilir. Təlimə başlayan 20 nəfərdən cəmi beşi kursu bitirməyə müvəffəq olur. Bundan sonra onlar Avropaya qayıdaraq terror aktları törədirlər”, – deyə əsir bildirib.

İŞİD-in “Əl Kharsa” qanadında qeyd olunan proqramdan başqa Avropanın özündə potensial terrorçularla iş üzrə xüsusi mərkəz də fəaliyyət göstərir: “Bəzən əcnəbilər Suriyaya gələrək xüsusi missiyalar üçün təlimlər keçirlər. Sonra onlar özləri terror aktları törədirlər”.

Əsir götürülən terrorçu İŞİD sıralarında döyüşdüyü iki il müddət ərzində Almaniya, Fransa, Belçika və Britaniyadan olan 50-dək silahlının məxfi dəstədə təlimi müvəffəqiyyətlə bitirdiyinin şahidi olub.

Əsirin sözlərinə görə, İŞİD-in Suriyada ciddi itkilərinə baxmayaraq “Əl Kharsa” dəstəsi fəaliyyətini davam etdirir: “Paris və Brüsseldə törədilən terror aktları məhz bu dəstə tərəfindən hazırlanıb. Onlar Avropada silsilə terror aktları törədəcəklər, çünki koalisiya onlara çoxlu zərbələr endirir. Onlar həmçinin Livanda da terror aktları törətməyi planlaşdırırlar”.

Yenicag.Az

COP29

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv