İşıqforda dayanan maşınlara çırpıldı - Bakıda zəncirvari qəza - VİDEO  

media-hightechnic-468x90

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə “Mercedes” işıqforun qırmızı işığında dayanan “Kia” və “Tayota” markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən “Mercedes” yararsız hala düşüb. Sürücüsü isə yüngül xəsarət alıb.

Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600