İslam Kərimov: “əminəm ki, ölkələrimiz və xalqlarımız arasında,…”

media-hightechnic-468x90

islamkerimov_ilhameliyev“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin”.

Bu sözlər Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrikində yer alıb. “Sizin rəhbərliyiniz ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində, xalqın rifahının təmin olunması və ölkənin beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsi istiqamətində qazanılan sanballı uğurlar Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir”, – deyə vurğulanan təbrikdə qeyd olunub ki, əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən təşəkkül tapmış ənənəvi dostluq münasibətləri, ikitərəfli siyasi dialoqun yüksək səviyyəsi bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl inkişaf edəcək və möhkəmlənəcək.

İslam Kərimov sonda Azərbaycan Prezidentinə möhkəm cansağlığı, yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600