60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd İsmayıl Ağayev Xıdırlı kəndində seçicilərlə növbəti görüşünü keçirib. İsmayil Ağayev öz platforması haqqında seçiciləri məlumatlandırıb. Daha sonra görüşdə iştirak edən kənd sakinləri üzləşdikləri problemlərlə bağlı çıxış ediblər.
Kənd sakini Rövşən Əliquliyev çıxışında məktəblərdə istilik sisteminin olmamasından, sosial müavinətlərin verilməməsindən şikayətlənib. Daha bir kənd sakini Elman Həsənov kəndin problem içində boğulduğunu, suyun, qazın, işığın olmadığını, yolların bərbad vəziyyətdə olduğunu, Şəhidlər Xiyabanının yaxşı vəziyyətdə oımadığını və işsizliyin baş alıb getdiyini bildirib. “Kənd sakinləri bezib. Bizim üçün heç bir iş görmürlər”.
Görüş müzakirələrlə davam edib.
www.yenicag.az