İsmayıl Ömərov cavabsız qalmadı

media-hightechnic-468x90

30155Tanınmış televiziyaçı, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərov barəsində qəzetimizdə gedən ittihamlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Musavat.com həmin münasibəti yayınlamaqla bərabər, həm də qeyd edir ki, İ. Ömərovun guya maxinasiyalar etməsi barədə şikayətləri bundan əvvəl də yoxlamışıq. Lakin iddialar özünü doğrultmayıb. Bu dəfə isə diqqət edilmədən belə bir yazı təkrar dərc edilib.

Haqqında ittihamlar səsləndirilən İ. Ömərovun cavabı aşağıdakı kimidir: ” Bu, mənə qarşı növbəti şər-şəbətə, böhtandır. Eyni mövzuda iki il bundan əvvəl “Yeni Müsavat” bir yazı dərc etmişdi. Qəzetin redaktoru Azər Ayxanın özünün bilavasitə araşdırması nəticəsində aydın oldu ki, yazılanlar şər və böhtandır.

Qaldı, Xortdanın cəhənnəm məktublarını xatırladan şər-şəbətənin bu böhtançı müəlliflərinə, onlar bu günlərdə qanun qarşısında cavab verəcəklər”(Musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600