!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda komendant iş yerində döyüldü

!Reklam – Yazi

İsmayıllı rayon sakini döyülüb.

Yenicag.az xəbər verir ki, İsmayıllıda məcburi köçkünlər üçün salınan “Qarabağ” yaşayış massivindəki binaların komendantı, Ağdam rayon sakini, 1956-cı il təvəllüdlü Sadıqov Rasim Rahim oğlu həmin ərazidə yaşayan Əbili Fərhadov tərəfindən döyülüb.

Məlumata görə, Əbili Fərhadov sənəd almaq üçün komendanta müraciət edib, onların arasında yaranan ümumi narazılıq səbəbindən insident baş verib. İş yerində döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alan Rasim Sadıqov İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Unikal”a bildirilib ki, baş verən döyülmə hadisəsi ilə əlaqədar rayon polis şöbəsinə məlumat daxil olub, müvafiq ekspertizalar təyin olunub, hazırda təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./Unikal/

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv