İsmayıllıda sevgilisi 63 yaşlı qadını şantaj etdi

media-hightechnic-468x90

İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

Yenicag.az xəbər verir ki, şikayətçi rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyevadır.

O bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. Həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa