İsrail-Fələstin münaqişəsi yenidən alovlandı

media-hightechnic-468x90

img1799570Yaxın Şərqdə İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurmalar yaşanıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Qüds şəhərində bir qrup fəal əllərində daş və küt maddələrlə İsrail polisinə hücum ediblər. İki gün əvvəl İsrail polisinin fələstinli yeniyetməni atəş açaraq öldürməsi fəalların qəzəbinə səbəb olub.

İsrail polisi 17 yaşlı yeniyetmənin əlində qəssab bıçağı ilə polisə hücum etdiyini əsas gətirərək ona atəş açıldığını qeyd edib. Polis onu zərərsizləşdirmək üçün 10 dəfə atəş açıb. Yeniyetmənin ailəsi ona qarşı keçirilən əməliyyat zamanı övladlarınının xüsusi amansızlıqla öldürüldüyünü bildiriblər.

Qüdsdə qeydə alınan qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb. İsrail polisi gözyaşardıcı qazla aksyanı dağıtmağa çalışıb.

Son günlərdə Yaxın Şərqdə qarşıdurmaların artması ilə əlaqədar İsrail ilə Fələstin arasındakı gərginlik yenidən şiddətlənə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600