"İsrail molla rejimi ilə razılaşmaya imkan verməyəcək" - Oman danışıqları NƏTİCƏSİZ QALACAQ?

media-hightechnic-468x90

“Omanda keçirilən ABŞ-İran görüşündə nəticə əldə edilməsinə İsrail mane ola bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-turan_rzayevvv-1

Politoloq ABŞ və İran rəsmiləri arasında keçirilən Oman görüşünün niyə Ankarada deyil, məhz neytral məkanda baş tutmasının səbəblərini izah edib:

“ABŞ-İran danışıqlarının yerinin dəyişdirilməsi əslində İran tərəfindən atılan bir addımdır. Burada əsas məqam odur ki, Türkiyə İranla bağlı proseslərdən narahat olsa da, Ankara ilə Tehranın baxış bucağı eyni deyil. Xüsusilə də İranın Türkiyəyə baxışı tarixi düşmənçilik və məzhəb prizmasındandır onlar Türkiyəni heç bir halda özlərinə yaxın görmürlər. Digər tərəfdən, Türkiyənin NATO üzvü və ABŞ-nin müttəfiqi olması rəsmi Tehran üçün riskli görünürdü. Buna görə də tərəflər neytral məkan axtarışına çıxdılar. Oman həm İrana, həm də Amerikaya qarşı neytral mövqedə olduğu üçün ən uyğun variant idi. Əvvəllər də Omanda bu tip siyasi görüşlər keçirilib”.

Politoloq bu görüşlərdən yekun nəticənin əldə edilib-edilməyəcəyi ilə bağlı suallara isə belə aydınlıq gətirib:

“Bu məsələ sual altındadır. Omanda əvvəllər keçirilən nüvə danışıqlarının demək olar ki, hamısı nəticəsiz qaldı, nəticə əldə edilənlərin isə icrası baş tutmadı. Mənə elə gəlir ki, bu görüşdə də fərqli mənzərə görməyəcəyik. Tərəflər razılığa gəlsə belə, icra prosesi gecikəcək. Nəzərə almaq lazımdır ki, Vaşinqton Tehranla ortaq məxrəcə gəlməyə çalışsa da, İsrail münasibətlərin normallaşmasını istəmir. Təl-Əvivin yalnız bir hədəfi var: İranı parçalamaq və hakimiyyəti devirmək. Bu hədəf gerçəkləşmədən İsrailin öz mövqeyindən geri çəkilməsi çətin görünür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05