İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
“İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür”, – o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:
“Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik”./Report/
www.yenicag.az