İsrail qanunsuz səfərlə bağlı açıqlama yaydı

media-hightechnic-468x90

trend_rafael_harpaz_160714İsrailli alim, ölkənin Açıq Universitetinin professoru Yair Auronun Dağlıq Qarabağa səfəri şəxsi xarakter daşıyıb və İsrail hökumətinə heç bir aidiyyəti yoxdur. Bunu çərşənbə axşamı Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz alimin bu yaxınlarda Azərbaycanın işğal edilmiş ərazilərinə səfərini şərh edərkən deyib.

Səfirin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyinin saytında ölkə vətəndaşlarına Dağlıq Qarabağa səfər etmək tövsiyə olunmur: “Həmçinin qeyd edilir ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, İsrail vətəndaşları da daxil olmaqla, turistlərə Dağlıq Qarabağa getmək qadağan edilib. Bu qanunu pozanların Azərbaycana girişi qadağan ediləcək və onlara qarşı cinayət işi qaldırıla bilər”.

Qeyd edək ki, Y.Auron fevralın 21-də Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edərək separatçı rejimin rəhbəri ilə görüş keçirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600