İsrail səfirliyi yaxınlığında iki partlayış oldu – Polis ərazini mühasirəyə aldı

media-hightechnic-468x90

Danimarkada İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında baş verən iki partlayış çaxnaşmaya səbəb olub.

Yenicag.az xəbər verir ki, Danimarka polisi Kopenhagenin şimalında İsrail səfirliyi yaxınlığında baş verən iki partlayışı araşdırdıqlarını açıqlayıb.

Kopenhagen polisinin “X” hesabında yayılan açıqlamada hadisə yerində ilkin araşdırmaların aparıldığı, xəsarət alan olmadığı qeyd edilib. Açıqlamada hadisənin İsrail səfirliyi ilə mümkün əlaqəsinin araşdırıldığı vurğulanıb.

“Reuters” xəbər agentliyinin məlumatına görə, geniş ərazi polis tərəfindən mühasirəyə alınıb və mülki şəxslərin girişi üçün bağlanıb.

İsmayıl Bakuvi

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa