!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraillə “Hizbullah” arasında kontaktsız MÜHARİBƏ: “Bu, İran rejiminin sonu ola bilər”

!Reklam – Yazi

İsraillə “Hizbullah” arasında kontaktsız müharibə davam edir. İsrail tərəfi havadan, gəmilərdən və qurudan raketlər vasitəsi ilə “Hizbullah” mövqelərinə zərbələr endirir. İddialar var ki, İsrail və ABŞ İranı müharibəyə qoşmaq istəyir. İranın müharibəyə qoşulması isə Azərbaycan və Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. İran müharibəyə qoşulacaq? İran müharibəyə qoşularsa, bunun Azərbaycana təsiri necə olacaq?

Bu suallara Yenicag.az-da hərbi ekspert Rövşən Məhərrəmov cavab verib.

Rövşən Məhərrəmovun sözlərinə görə, İran müharibəyə qoşulacağı təqdirdə, Azərbaycan ciddi problemlərlə üz-üzə qalacaq.

“İsrail xüsusi bombalardan istifadə edərək, bunkerdəki “Hizbullah” lideri Həsən Nəsrullahı məhv etdi. Bundan sonra İranın müharibəyə qoşulmaq ehtimalı daha da artır. İranı birbaşa müharibəyə cəlb etmək istəsələr də, İran müharibədən qaçacaq”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, İran tərəfi çox gözəl başa düşür ki, müharibəyə birbaşa qarışsa, İrandakı rejimin sonu ola, bundan əlavə, İran çox ağır zərərlər görə bilər.

“İranın birbaşa müharibəyə qoşulması Azərbaycana böyük təsiri olacaq. Çünki Azərbaycan birbaşa İranla sərhəddə yerləşir. İsrail Azərbaycan münasibətlərini bir kənara qoyaq, təkcə qaçqın axını Azərbaycanı ağır vəziyyətə sala bilər. Türkiyə təcrübəsini görürük. Suriyalı qaçqınların Türkiyədə hansı problemlər yaratdığının şahidiyik. Ona görə də, qaçqın axını Azərbaycana problem yarada bilər.
Bundan əlavə, İsrail-Azərbaycan münasibətləri İranı, xüsusilə SEPAH-ı daim qıcıqlandırır. Hesab edirəm ki, İran Azərbaycanı cəzalandırmağa cəhd də edə bilər”, – deyə o qeyd edib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv