İşsiz qalan XALQ ARTİSTİ: “İstəmirəm, desinlər, zarıyır”

media-hightechnic-468x90

“Teatrdan çıxmışam, evdə dörd divar arasında  əziyyət çəkirəm”.

media-banner_tuq

Bu sözləri tanınmış aktyor, Xalq artsiti Valeh Kərimov Yenicag.az-a açıqlamasında deyib.

Teatrdan uzaqlaşan aktyor səhnədən, çəkiliş meyançasından uzaq düşdüyünə görə əziyyət çəkdiyini deyir. Onun sözlərinə görə, nə filmə dəvət edən var, nə də seriala:

“Yaxşı serial olsa, niyə də çəkilməyim? Amma dəvət edən də yoxdur. Kinoya da həmçinin… Oturmuşam evdə. Yaradıcı adam elədir ki, işləyəndə xəstəlik ondan qaçır, işləməyəndə də xəstəlik onu yaxalayır. Maddi vəziyyəti qoyaq qırağa, şükür Allaha, təqaüd alıram, dolanıram. Amma evdə çox darıxıram, xiffət ediərm. Heç vaxt qapı döyməyi sevməmişəm. Xarakterimdə yoxdur ki, kiməsə ağız açım. İstəmirəm, desinlər, zarıyır. Amma təəssüf edirəm ki, sənətdən kənarda qalmışam. Rusiyada, xaricdə yaşlı aktyorlara xüsusi ssenarilər yazılır, çəkilirlər. Amma bizdə belə deyil”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05