İşsizlərin əksəriyyəti Bakı şəhərindədir

media-hightechnic-468x90

89889Azərbaycanda məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,82% azalaraq cari il fevralın 1-nə 28,9 min nəfər olub. Onların 39,4 faizini qadınlar təşkil edib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, ölkə üzrə rəsmi işsiz statusuna malik olanlardan cəmi 5,4% və ya 1 560 nəfər işsizliyə görə müavinət alanlardır. Statistik rəqəmlərə əsasən, işsizlərin 40% və ya 11,5 min nəfəri, müavinət alanların isə 37% və ya 581 nəfəri Bakı şəhərinin payına düşüb.

Statistikaya əsasən, cari il fevralın 1-nə ölkədə işsizliyə görə müavinətin orta məbləği 266,9 manat olub. Bildirək ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alırlar. Müavinətin ödənilməsi müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

Qeyd edək ki, Azərbaycanda məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2015-ci il yanvarın 1-i vəziyyətinə 28,7 min nəfər, işsizliyə görə müavinətin orta məbləği 289,2 manat olub. 2014-cü il fevralın 1-i vəziyyətinə isə rəsmi issiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər, işsizliyə görə müavinətin orta məbləği 256,1 manat təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600