Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə terror hücumu zamanı ölənlərin sayı artıb.
Məlumata görə, hadisə zamanı yaralanan daha bir nəfər həyatını itirib.
Həmçinin, hücumu təşkil edən DHKP/C terror təşkilatının üzvləri Pınar Birkoç və Emrah Yaylanın da fotoları yayılıb:
***
13:42
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, hadisə zamanı üçü polis olmaqla beş nəfər yaralanıb.
Qeyd edilib ki, ölənlər hücum edən şəxslərdir.
www.yenicag.az