!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahət günü hava necə olacaq?

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 767 mmm civə təşkil edəcək. Nisbi rütubət 70-80 %olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta,
gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv