İsveçrə banklarından illərlə istifadə olunmayan hesablar tapılıb

media-hightechnic-468x90

c8dd6cad9bb7cdc256d961e56c0a09a6İsveçrə banklarında 1955-ci ilə qədər açılmış və o zamandan bəri istifadə olunmayan minlərlə bank hesabı tapılıb.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, bu, banklar üçün vacib məlumatdır.

İsveçrənin Banklar Assosiasiyası güman edir ki, bu, banklar üçün pulun hökumətə təhvil veriləcəyi tarixə qədər tələb olunmayan varidatın sahibini axtarmaqda geniş imkanlar verir.

Qeyd edək ki, tələb olunmayan bank hesabları İsveçrə üçün həssas mövzudur. CNBC telekanalı isə məlumat verir ki, bu hesabların çoxu Holokost qurbanlarına məxsusdur və 1990-cı ildən başlayaraq Ümumdünya Yəhudi Konqresi bu aktivlərin qaytarılması ilə bağlı işlər aparır.

İsveçrə qanunvericiliyi bank sirrinə zəmanət verir. Məhz buna görə də rəsmi Bern dəfələrlə vergidən yayınan şəxsləri, həmçinin İkinci Dünya müharibəsində İsveçrənin neytral statusundan istifadə edən millətçiləri gizlətməkdə ittiham olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600