İtaliya qəzeti Azərbaycandan yazdı

media-hightechnic-468x90

88372İtaliyanin məşhur “Capitolino Flash” (Paytaxtın İşığı) adlı qəzetində “Azərbaycan – Mədəniyyət və Dinlərarası Tolerantlıq Nümunəsi” adlı böyük bir məqalə çap olunub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, İtalyan jurnalisti Paolo Onorotinin müəllifi olduğu bu məqalədə Azərbaycan, dünyanın ən tolerant dövləti və dinlərarası mədəniyyətin dünya üçün böyük bir nümunə ola biləcək modeli kimi təsvir edilir. Jurnalist yazısında qeyd edir ki, mərhum Roma Papası Giovani Paolo Secondo Bakıda olarkən Allahın adına bütün dünyaya sülh şüarını səsləndirib. Azərbaycanın xalqının ümummilli lideri olan Heydər Əliyev Roma Papasına müraciətində deyib ki, “Dininən, irqindən və millətindən asılı olmayaraq siz bütün insanların dostu həmçinin dünayanın vətəndaşısınız” .

Jurnalist həmçinin Vatikanın tarixi bəyanatlarını araşdıraraq maraqlı bir faktla üzləşir. Bir neçə il bundan əvvəl Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni maraqlı bir müsahibə verərək bildirib ki, Azərbaycan dünyəvi müsəlman ölkəsidir və burada xalqın boyük hissəsi müsəlman, kiçik katolik və provaslav icmalardan ibarətdi. Kardinal Bertone çıxışında bildirir ki, qədim Azərbaycanın paytaxtı Bakıda müqəddəs Bartolomeonun məzarı aşkarlanıb və Christian Evangellanın arxeoloji qalıqları tapılılıb.

Maraqlı fakt isə ondan ibarətdir ki, tapılan dini qalıqlar həm dövlət tərəfindən, həm də millət tərərfindən qorunub saxlanır. Azərbaycan hətta kommunist dövründə belə dini tolerantlığı qoruyub saxlamağı bacarmışdı. Digər bir maraqlı fakt da odur ki, Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların dinindən asılı olmayaraq hər biri ehtiramla yad edilir. Bu, çox unkial bir tolerantlıq mədəniyyətinin bariz nümunəsidir. Jurnalist qeyd edir ki, Azərbaycan tarixində ən böyük islahatlar müasir Azərbaycanın banisi, yaradıcısı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o, Azərbaycan xalqına müstəqillik, azadlıq, rahatlıq və stabillik bəxş edib. Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynayıb. Hakimiyyət başına gəldiyi ilk günlərində Heydər Əliyev bütün dinlərə dövlət tərəfindən bərabər diqqət və qayğı göstərilməsinin əsasını qoyub. O və bütün Qafqazın Şeyxi Şeyxülislam Allahşükür Paşazadə Sovet Hakimiyyəti dövründə dağıdılmış katolik kilsəsinin inşasına böyük sahə ayırır və yenidən tikilməsini təmin edir. Bununla da bütün dünyaya müsəlman dövləti olaraq böyük örnək göstərərək multikulturalizmin əsasını qoyub.

Bu Azərbaycan modeli dünyada olan bütün dövlətlərə və dinlərə tolerantlıq nümunəsi olaraq göstərilir. Mənbə olaraq jurnalist bu məlumatları dövlət katibi olan Tarçisio Bertonenin 2008-ci ildə Vatikan radiosuna verdiyi müsahibəsindən götürüb. Bundan əlavə yazıda o da qeyd olunur ki, ötən ay Azərbaycanın dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanı rəsmi ziyarət etdiyi zaman Papa Françesko bir daha qeyd edib ki, Azərbaycan tolerantlıq ölkəsi olaraq Şərq və Qərb aləmi arasında böyük körpü rolu oynayır.

Sonda Juranlist Paola Onoritdi Azərbaycanla bağlı məlumatlara görə Romada təhsil alan azərbaycanlı tələbə Həsən İsgəndərova dərin minnətdarlığını bildirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600