Bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.
Yenicag.az-ın məlumatına görə, meyitin fevral ayının 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərviz Quliyevə məxsus olduğu deyilir.
SumqayIt şəhərində, dəniz kənarında asılmış aşkarlanan meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
P. Quliyev sonuncu dəfə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.
Qeyd edək ki, Pərviz İlqar oğlu Quliyev ANS TV-nin keçmiş əməkdaşı olub.
www.yenicag.az