Bakıda itkin düşən 63 yaşlı qadın tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə yanvarın 31-də, paytaxtın Xətai rayonu, Y.Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü V.Məmmədova yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra V.Məmmədovanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qadının yeri müəyyən olunaraq ailə üzvlərinə təhvil verilib.
www.yenicag.az