!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO

!Reklam – Yazi

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu bu gün müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi.

Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Lənkəran şəhərindən olan Həsanağa Abdullazadə ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi. Evin tək övladı olan şəhid zabitimiz 2019-cu ildə ailə həyatı qurub. O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Baş leytenant Abdullazadə Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

COP29

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv