İTV-dən kəskin reaksiya

media-hightechnic-468x90

82168Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Ermənistan təmsilçilərinin qondarma soyqırıma həsr olunmuş “Dont Deny” (İnkar etmə) adlı mahnı oxuyacağı haqda xəbərə İctimai Televiziya reaksiya verib.

Yenicag.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti hesab edir ki, “Eurovizion” mahnı müsabiqəsidir və xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, əgər bu xəbər təsdiqlənsə, biz də həmin müsabiqədə adekvat addım atacağıq”.

Xatırladaq ki, ötən gün yayılan xəbərdə Ermənistanın Vyanada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində qondarma erməni soyqırımı ilə bağlı mahnı təqdim edəcəyi bildirilirdi.

Bildirilir ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma erməni soyqırımından bəhs edən “İnkar etməyin” (Don՛t Deny) mahnsını ifa edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600