Jirinovski işini dəyişir
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Moskvada Çağdaş Pyesa Məktəbi Teatrının tamaşasında izləyiciləri heyrətə salıb.
Məlumata görə, baş rollardan birini oynayan LDPR lideri heç bir hazırlığı olmadan, qrimlənmədən səhnəyə çıxıb. O, səhnədə başqa bir görkəmli aktyorun rolunu oynayıb. Senraisi əvvəlcədən hazırlanmadığından, o, rolunu rejissorla səhnədə müzakirə edib. LDPR lideri heç bir həyəcan keçirmədiyini bildirib.
Ekspromt janrında hazırlanmış tamaşada Vladimir Jirinovski rolunu çox ustalıqla oynayıb və izləycilərin böyük alqışlarına səbəb olub. (anspress.com)