Jurnalist itkin düşdü

media-hightechnic-468x90

al-pinisty-2-500x325dfRusiyanın “Mir” telekanalının əməkdaşı, 33 yaşlı fotoqraf Andrey Korıqin xanımı Yuliya Veçernina ilə birgə itkin düşüb.

Bu haqda məlumatı “bloknot” saytı yayıb.

Məlumata görə, son dövrlər Nepalın paytaxı Katmandu şəhərində yaşayan cütlük Qazaxıstan vətəndaşı olan Yelena Şerpinin müşayiətilə təbiətin gözəlliklərini çəkmək üçün dağa çıxıb.

Son dəfə onlarla əlaqə aprelin 21-də yaradılıb. Zəlzələdən sonra isə əlaqə tamamilə kəsilib.

Hazırda xilasedicilər Lanqtanq dağ rayonunda Rusiya vətəndaşlarını və onlarla birgə gedən Yelenanı axtarırlar.

Qeyd edək ki, zəlzələ Everest dağında güclü torpaq sürüşməsi yaradıb. Nəticədə müxtəlif ölkələrdən olan 84 alpinist həlak olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600