Jurnalistlər sığorta şirkətlərinə inanırlar? – Sorğu

media-hightechnic-468x90

sigorta novleriSığorta şirkətlərinin müntəzəm olaraq reklamını dinləyir və görürük. Ölkəmizdə sığortaya maraq bir o qədər də yüksək deyil.  Daşınmaz əmlak sığortasına Azərbaycanda çox az təsadüf edilir. Vətəndaşlar  əksər hallarda öz şəxsi avtomobillərini sığortalayırlar. Qəza baş verdikdə isə vətəndaş sığorta haqqını almaq kimi problemlərlə qarşılaşır. Sığorta şirkətləri müxtəlif bəhanələrlə dəymiş ziyanı ödəməkdən yayınır. Belə olan halda vətəndaşın sığorta şirkətlərinə inamını itirir.

Yenicag.az olaraq, media nümayəndələri arasında kiçik sorğu apardıq. “Sığorta şirkətlərinə mürarciət etmisinizmi? “ Bu şirkətlər nə dərəcədə faydalıdır?” sualları ilə müraciət etdik.

Famil Cəfərli, Virtualaz.org saytının baş redaktoru: “Heç vaxt işim düşməyib. Bizdəki şirkətlərin nə qədər faydalı olduğunu, ümumən faydalı olub-olmadığını deyə bilmərəm. Amma Qərbdə bunsuz keçinmək mümkün deyil. Orada sığortasız həyat təsəvvür belə olunmur”.

Xanlar Xoca, Yenilik.az saytının baş redaktoru: “Sığortalarım var, hələ ki problemim olmayıb. Bəzən müştərilər hüquqi problemlə bağlı müraciət edəndə də məlum olur ki, sığorta şirkətinin günahı yoxdur. Məncə arxayın yaşamaq üçün sığorta şirkətlərinin olması çox faydalıdır”.

Şəhriyar Əlizadə, APA informasiya agentliyinin  əməkdaşı:“ Mən hər hansı sığorta şirkətinə müraciət etməmişəm. Lakin, sığortanın faydaları çoxdur. Ölkəmizdə daha geniş yayılsa, yaxşı olar. Bizdə daha çox avtomobilləri sığorta edirlər”.

Günay Arda, jurnalist: “Sığorta şirkətlərinə müraciət etməmişəm. Belə şirkətlərə inanmıram. Ümumiyyətlə, bizdə bank sistemi ile bağlı hər şey mənə görə yalandır”.

Məhəmməd Türkmən, Yeni Müsavat qəzetinin əməkdaşı: “Sığorta şirkətlərinə müraciət etməmişəm. Sığorta çox faydalıdır və gərəklidir. Əksər insanlar daha çox simicliyindən sığorta şirkətlərinə müraciət etmirlər. İnsanlar sığortaya pul verməkdənsə, evdə pul yığmağa üstünlük verir”.

Sevər Abbaslı, Yenicag.az saytının əməkdaşı: “Sığortaya inanmıram. Çünki sığorta şirkətləri pul almaq lazım olanda o qədər dil tökürlər. Lakin sənin pul ilə aldığın sığortaya möhtac olduğun zaman qırx dərədən su gətirirlər ki, pulu verməsinlər”.

Kamran ƏDALƏTOĞLU

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600