Kanada XİN başçısı Türkiyədə səfərdədir

media-hightechnic-468x90

Kanadanın xarici işlər naziri Kanada XİN başçısı Türkiyədə səfərdədir
Türkiyədə səfərdədir və orada rəsmi şəxslərlə ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə etmək niyyətindədir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində bildirib.

“Kanada-Türkiyə ikitərəfli münasibətlərini gücləndirmək və tərəfdaşlarla birgə Yaxın Şərqdə və Fars körfəzi regionunda gərginliyin azaldılması istiqamətində işi davam etdirmək üçün indicə Türkiyəyə gəldim”, – o yazıb.

Kanada Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, A.Anand Ankaraya səfəri zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, eləcə də hökumətin digər yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirəcək. Tərəflər təhlükəsizlik və iqtisadiyyat sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, insanlar arasında təmasların inkişaf etdirilməsi, Yaxın Şərqdəki son hadisələri, o cümlədən gərginliyin azaldılması üzrə beynəlxalq səyləri və regional təhlükəsizliyi müzakirə etməyi planlaşdırırlar./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05