!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər” mövzusunda vebinar təşkil edilib

!Reklam – Yazi

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu “Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər” mövzusunda vebinar keçirib.

Yenicag.az xəbər verir ki, vebinarı müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdim edib.

Vebinara “Yüksəliş” layihəsinin 400-ə yaxın iştirakçısı qatılıb.

Kollegiyanın sədri ölkəmizdə aparılan geniş spektrli iqtisadi, sosial, hüquqi və digər islahatlar istiqamətində cənab Prezident İlham Əliyevin idarəçilik taktikası və örnək metodlarından yararlanmaq, ixtisaslaşdığı sahədən asılı olmayaraq ölkənin hüquq və qanunvericilik sistemi və bu sahədə baş verən yeniliklər barədə məlumatlı olmaq, idarəçinin şəxsi keyfiyyətləri, uğur əldə etmək üçün komanda işinin təşkili ilə bağlı danışıb.

Anar Bağırov vurğulayıb ki, hər bir idarəçi, dövlətin əhəmiyyətli postlarında yer tutan rəhbər şəxslər üçün təvazökarlıq, dürüstlük, təkəbbürdən uzaq olmaq əsas şəxsi keyfiyyətlərdir: “Eyni zamanda, fikirlərində səmimi və bu səmimiyyəti əhatəsinə transfer edə bilən, əmin olduğu məqamlarda qərar qəbul etməkdə qətiyyətli idarəçi ətrafındakılarda güvən yaradır. Təcrübə ilə qazanılan keyfiyyətlərə isə əməkdaşlarını motivasiya etmək, mükəmməl kommunikasiya, rəvan ünsiyyət qurmaq, şəxsi nümunə, ideyalarını bölüşə bilmək və kritik fikirləri qəbul etmək bacarıqları daxildir”.

Anar Bağırov həmçinin bildirib ki, rəhbərin əlçatan olması, əməkdaşları ilə fikir mübadiləsinə şərait yaratması, yeni ideyaların birgə müzakirəsi düzgün qərar qəbuletmə və uğurlu nəticə üçün vacib amillərdəndir.

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda əyani mərhələnin keçirilməsinə hazırlaşan müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini də nəzərdə tutur.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv