!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kassano fikrini yenə dəyişdi: karyerasını bitirdi

!Reklam – Yazi

İtaliya millisinin sabiq üzvü Antonio Kassano karyerası ilə bağlı yeni qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını bitirdiyini açıqlayıb.

Maraqlıdır ki, Kassano İtaliya A seriyasında çıxış edən “Verona”ya transfer olunduqdan 8 gün sonra karyerasını bitirdiyi demişdi. Lakin təcrübəli forvard bir neçə saat ərzində fikrini dəyişdirərək, futbolu davam etdirəcəyini bildirmişdi. Ancaq italiyalı yenidən qərarını dəyişib və butslarını mıxdan asdığını qeyd edib. Kassano iki həftə ərzində iki fərqli qərar qəbul etməklə fanatlarını da təəccübləndirməyi bacarıb.

Qeyd edək ki, Antonio Kassano karyerası ərzində “Bari”, “Roma”, “Real”, “Sampdoriya”, “Milan”, “İnter” və “Parma” kimi klublarda çıxış edib.

Yenicag.az

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv