!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Keçmiş futbolçu FETÖ-çu idmançıların kod adlarını açıqladı

!Reklam – Yazi

FETÖ ilə əlaqələri üzə çıxan keçmiş futbolçu Zafer Biryol təşkilatın idman şəbəkəsi barədə hər şeyi etiraf edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi Bekir İrtegünün ifadələrini əsas götürərək, “ByLock” istifadəçisi futbolçular barəsində araşdırma aparıb. Araşdırma nəticəsində ilk olaraq, veteran qapıçı Ömər Çatkıç saxlanılaraq həbs olunub. Daha sonra isə sabiq futbolçu Zafer Biryolun “ByLock” istifadəçisi olduğu üzə çıxdı.

Məlumata görə saxlanılan Zafer Biryol FETÖ-nun idman sahəsindəki şəbəkəsi barədə hər şeyi etiraf edib. O, FETÖ ilə ilk əlaqəsinin 2001-2002-də yarandığını bildirib. Biryol kod adları ona bəlli olan şübhəlilər barədə məlumat verib. O, “idman imamı”nın FETÖ-çu futbolçular üzərində böyük bir nüfuzunun olduğunu da bildirib.

Qeyd edək ki, keçmiş futbolçu etiraf etdiyinə görə azadlığa buraxılıb.

COP29

www.yenicag.az

2251
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv