Keçmiş Naxçıvan MTN-in polkovnikinin həbsxanada ÖLÜM SƏBƏBİ 

media-hightechnic-468x90

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ləğv edilmiş Naxçıvan Muxtar Respublikası (MR) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi Zakir İsmayılovun ölüm səbəbini açıqlayıb.

Qurumdan Yenicag.az-a verilən məlumatda bildirilir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zakir İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600