Kəmaləddin Heydərov vətəndaşlarla görüş keçirəcək

media-hightechnic-468x90

90695Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-da Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da başlayacaq qəbulda yalnız Hacıqabul, Sabirabad, Saatlı, İmişli rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Hacıqabul rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Hacıqabul şəhəri, Asif Abdullayev küçəsi 13) 15 mart 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600