!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəndli cərimələndi - 6640 manat

!Reklam – Yazi

83 ədəd yulğun kolunu kökündən çıxaran kəndli ilə bağlı toplanmış sənədlər Sabirabad Prokurorluğa göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Yenicag.az-a verilən məlumata görə, Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub.

Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib.

COP29

www.yenicag.az

4619
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv