Kentukki ştatında fövqəladə vəziyyət elan edilib
ABŞ-da Kentukki ştatının qubernatoru Stiv Beşir leysan yağış və daşqınlar ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Kentukkidə iki qadın həyatını itirib.
Onlardan biri şəxsi avtomobilində, digəri isə kempinqdə boğularaq ölüb.
“Fövqəladə vəziyyət rejiminin tətbiqi təbii fəlakət zonasında polis, hərbçilər, yanğınsöndürənlər və könüllülərin iştirakı ilə xilasedici tədbirləri həyata keçirməyə imkan verəcək”, deyə S.Beşir bildirib.