“Kəpəz” “Neftçi” ilə oyuna 8 itki ilə çıxacaq

media-hightechnic-468x90

Misli Premyer Liqasının 34-cü turunda bu gün “Neftçi”nin qonağı olacaq “Kəpəz” oyuna 8 itki ilə çıxacaq.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Adil Şükürov məlumat verib.

O, aparıcı futbolçularının bugünkü görüşdə iştirak etməyəcəyini bildirib: “Giorgi Papunaşvili, Mate Kvirkiya, Amil Yunanov və Vüsal Məsimov zədəlidir. Bunlardan yalnız Amil sona 5-10 dəqiqə qalmış oynaya bilər. Junior Martins, Olavele Onanuqa, İqor Rodriqes və Rüfət Əhmədov isə cəzalıdır”.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçı saat 19:00-da başlayacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600