“Kəpəz” heyətini ukraynalı qapıçı Sergey Litovçenko ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, 30 yaşlı əlcək sahibi ilə 1,5 illik sözləşmə imzalanıb. Onun son iş yeri Tiflis “Dinamo”su olub.
Qeyd edək ki, “Kəpəz” qış transfer dönəmində Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dario Frederikonu rənglərinə bağlayıb.
www.yenicag.az