“Qarşımı çox kəsdilər, bu, məni çox yandırır…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Gün ortası” verilişində deyib.
Sənətçi kimlərinsə tapşırığı ilə radiolarda mahnılarının səslənməsinə qadağa qoyulduğunu bildirib:
“Qarşımı çox kəsdilər. Radiolarda mahnılarımı verməyə qoymadılar. Dedilər ki, Kərimin mahnılarını saxlayın, Kərimə problem yaradım ki, mənim yanımdakı dostum qabağa gedə bilsin. Deyirlər, bu mənim dostumdur, mahnılarını ver, Kərimi qoy qırağa. Hansı ki, həmin adam, öz toyunda mənim mahnımla girib toy məclisinə. Belə şeylər məni yandırır. Ona görə də soyuyub keçirsən qırağa, başlayırsan? “ləhlü-lülü” mahnılar oxumağa. Kərim böyük rəqibdir. Kərimi görməyin, eybi yoxdur, əcəb edirsiniz, nə istəyirsiniz edin. Amma sonradan deməyin ki, ciddi sənətlə məşğul olan yoxdur. Var, sadəcə olaraq qarşısını kəsənlər çoxdur”.
Nehru
www.yenicag.az